Bu gün UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək
İyunun 1-də UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək.

Final qarşılaşması İspaniyanın paytaxtı Madrid şəhərindəki “Vanda Metropolitano” stadionunda iki ingilis klubu – “Tottenhem Hotspur” və “ Liverpul” arasında oynanılacaq.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi Damir Skomina olacaq.

Qeyd edək ki, bu turnirin sonuncu qalibi İspaniyanın “Real Madrid” klubu olub.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 759 dəfə oxundu.