Ötənilki mükafatçılar güclünü müəyyən edə bilmədilər
“Samur” komandası ölkə çempionuna həyяcanlı anlar yaşatdı
Həftəsonu otüstü hokkey üzrə Azərbaycan çempionatında 4-cü turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, yüksək dəstədə çıxış edən kişilərdən ibarət klubların yarışında turun ən maraqlı və prinsipial görüşü ötənilki gümüş mükafatçı «Atasport» və bürünc mükafatçı «Şahdağ» (Qusar) arasında olub. Gərgin və maraqlı keçən görüş 3:3 hesabıyla başa çatıb. «Akkord» - «Gənclik» (Sumqayıt) qarşılaşmasında ötənilki çempion ölkəmizin 16-yaşınadək oğlanlardan ibarət seçmə komandası üzvlərindən təşkil olunan «Gənclik» üzərində böyükhesablı qələbə qazanıb - 6:0
4 turdan sonra turnir cədvəlində vəziyyət: 1.«Akkord» - 12, 2.«Atasport» - 5, 3.«Şahdağ» - 5, 4.«Gənclik» - 0.

Qadınların çempionatında «Xəzər» (Lənkəran) və «Şahdağ» (Qusar) komanalarının qarşılaşmasında cənublular 0:2 hesabıyla məğlubiyyətə uğrayıblar. «Atasport-2» - «Sumqayıt» matçında paytaxt hokkeyçiləri 4:1 hesabı ilə qalib gəliblər. «Bakı» Qusarın «Samur»unu 2:0 hesabıyla üstələyib.
4 turdan sonra turnir cədvəlində vəziyyət: 1.«Bakı» - 12, 2.«Atasport-2» - 9, 3.«Samur» - 9, 4.«Sumqayıt» - 3, 5.«Şahdağ» - 3, 6.«Xəzər» - 0.


Xəbər 1223 dəfə oxundu.