Azərbaycanın U-19 millisi belaruslu həmyaşıdları ilə qarşılaşacaq
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iyunun 2-dən 6-dək Bakıda, iyunun 7-dən 10-dək Belarusun Minsk şəhərində təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, hazırlıq müddətində U-19 belaruslu həmyaşıdları ilə iyunun 8-də və 10-da yoldaşlıq oyunları keçirəcək.

Xəbər 715 dəfə oxundu.