İdman gimnastlarımız Macarıstanda 6 medal qazanıblar
İdman gimnastlarımız Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

Turnirdə müxtəlif yaş kateqoriyalarında yarışan təmsilçilərimiz 6 medal qazanıblar.

Komandamızın hesabına ən çox medal yazdıran Rüstəm Əhməd olub. Belə ki, gimnastımız turnikdə gümüş, halqalarda və sərbəst hərəkətlərdə isə bürünc medal qazanıb. Gənc idmançımız qızıl medalını isə çoxnövçülükdə əldə edib.

Digər təmsilçimiz Mənsum Səfərov da dəstəli atda uğurlu çıxış nümayiş etdirib və bürünc medala sahib olub.

Yarışlarda daha bir medal qazanan gimnastımız Səməd Məmmədli olub. Turnikdə hərəkətlərinə görə S.Məmmədli yarışın bürünc medalına sahiblənib.

Xəbər 806 dəfə oxundu.