Millimizin Bakıda təlim-məşq toplanışı başlayıb
Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 30-da Bakıda təlim-məşq toplanışı başlayıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, iyunun 3-dək davam edəcək toplanışda Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev (“Keşlə”), Murad Popov (“Qəbələ”), Amin Seydiyev (“Qəbələ”),

Turan Manafov (“Zaqatala”), Ricat Qarayev (“Sumqayıt”), Murad Qayalı (“Keşlə”), Hüseyin Seyligli

(“Beşiktaş”, Türkiyə), Nihad Tamazov (“Qarabağ”), Elçin Mustafayev (“Sabah”), Arziman Rizvanov

(“Bohemians”, Çexiya), Baris Ekincier (“Bochum”, Almaniya), Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli (hamısı “Qarabağ”), Rövlan Muradov (“Qəbələ”), Süleyman Əhmədov (“Sumqayıt”), Ziya Əzizov

(“NEC Nijmegen”, Hollandiya), Şakir Seyidov (“Sabah”), Tural Bayramlı (“Daugavpils”, (Latviya), Elvin Cəfərquliyev (“Qarabağ”), Rafael Məhərrəmli (“Zirə”), Musa Qurbanlı (“Qarabağ”) və Emil Qasımov (“Sabah”) iştirak edirlər.

Qeyd edək ki, “Daugavpils” klubunun üzvü T.Bayramlı komandasının çempionatdakı oyununa görə toplanışa iyunun 2-dən qoşulacaq.

Xəbər 729 dəfə oxundu.