Cəfərov Elçin Lənkəran oğlu
Cəfərov Elçin Lənkəran oğlu 07 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1978-ci ildən əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə yunan-Roma güləşi üzrə idman ustası adına lqyiq görülüb. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1992-ci ildə Əməkdar məşqçi adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilib. Yunan-Roma güləşi üzrə milli yığma komandanın baş məşqçisi vəzifəsində çalışıb.
Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.
Milli yığma komandanın baş məşqçisi kimi yunan-Roma güləşi üzrə ən yüksək nəticələr əldə edib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 3594 dəfə oxundu.