Daşkəsəndə güləş üzrə açıq rayon birinciliyi keçirilib
23-25 may tarixlərində Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin idman zalında Şəhid Çingiz Fərhad oğlu Bağırovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib.

16 çəki dərəcəsində 120 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi, Şəhid Çingiz Fərhad oğlu Bağırovun xatirəsini əbədiləşdirilmək, yeniyetmə idmançılarda vətənpərvərlik ruhunun daha da gücləndirilmək olub.

Sonda qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıb.

Xəbər 583 dəfə oxundu.