Naxçıvanlı karateçi dünya çempionu olub
Azərbaycan milli komandasının tərkibində Rumıniyanın paytaxtı Buxarest şəhərində Dünya Şotakan Federasiyasının 10-cu dünya çempionatında çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi Rafiq Hüseynli dünya çempionu olub.

6-7 yaş qrupunda tatami üzərinə çıxan Rafiq Hüseynli iki qaydada böyük uğura imza atıb. O, şobu-nihon və şobu-sanbon qaydaları üzrə dünya çempionu adına layiq görülüb.

Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

AZƏRTAC

Xəbər 648 dəfə oxundu.