Sumqayıtlı məktəblilər kross üzrə şəhər birinciliyində iştirak ediblər
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin 70 illik yubileyinə həsr olunmuş orta məktəb şagirdləri arasında kross üzrə birincilik keçirilib. Müəyyən olunmuş marşrut üzrə 3000 metr məsafəyə kross yarışında 48 ümumtəhsil məktəbinin 150-yə yaxın şagirdi iştirak edib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda 39 nömrəli məktəbdən Qurban Allahverdiyev, 22 nömrəli məktəbdən Elnur Qasımov, 34 nömrəli məktəbdən Eldar Babayev yarışın müvafiq olaraq 1,2 və 3-c-cü yerlərində qərarlaşıblar.

Yarışda I-X yerləri tutan idmançılar Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələrlə mükafatlandırılıb.

Xəbər 761 dəfə oxundu.