XXXI tur başa çatdı
Bu gün Unibank Premyer Liqasında XXXI tur sonna çatıb. İdman.com.az saytının məlumatına görə, turun ikinci oyun günündə ikinci “altılığ”ın görüşləri keçirilib. AzAL-ı qəbul edən “Sumqayıt” növbəti qələbəsini qazanaraq, sonuncu olmamaq şansını saxlayıb. Digər matçda da ev sahibləri qalib gəliblər. Qərb derbisində - “Kəpəz” “Turan”ı məğlub edib.

“Simurq”la “Rəvan”ın qarşılaşmasında isə birincilər tilsimi qırmağa çalışsalar da, bu, alınmayıb. Belə ki, oyun ərzində hesabda öndə olan zaqatalalılar sona 3 dəqiqə qalmış üstünlüyü əldən veriblər – 1:1. Nəticədə mövsüm ərzində hər 3 matçda heç-heçə edən rəqiblər bu dəfə xalları yarı bölüblər.

6 may
“Kəpəz” – “Turan” - 2:1
Qol: Ceyhun Sultanov, 44 (pen); Junivan Suares, 79 - Nadir Nəbiyev, 66
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov
Gəncə. Şəhər stadionu

“Sumqayıt” – AzAL - 1:0
Qol: Orxan Həsənov, 83
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Tahir Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

“Simurq” – “Rəvan” - 1:1
Qol: Rasim Ramaldanov, 9 - Nemanya Vidakoviç, 87 (pen)
Hakimlər: Fuad Həsənov, Vaqif Musayev, Rahil Ramazanov, Elçin Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

Xəbər 853 dəfə oxundu.