Gənclərdən ibarət Azərbaycan millisi Sloveniyada “Olimpiya”ya qalib gəlib
Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti yoxlama oyunu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Olimpiya” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.

Komandamızın heyətində Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqləniblər.

Xəbər 721 dəfə oxundu.