“Azerbaijan International 2019” badminton turnirinin hazırlıq işlərinə yüzdən çox könüllü cəlb olunacaq
İyunun 6-dan 9-dək Bakı İdman Sarayında keçiriləcək badminton üzrə “Azerbaijan International 2019” turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verəcəklər.

Azsport.az Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, turnirin hazırlıq işlərində 100-dən çox könüllü fəaliyyət göstərəcək. Könüllülər iştirakçıların hava limanında qarşılanması, yönləndirilməsi, idmançıların və nümayəndə heyətlərinin üzvlərinin müşayiət olunması, məlumatlandırılması, eləcə də tədbir məkanının təşkil edilməsi işlərinə cəlb olunacaqlar.

“BİR” tələbə-könülləri bu sahədə kifayət qədər təcrübəyə malikdir. Tələbə-könüllülər daha əvvəl ölkəmizdə keçirilən bir çox dövlət və beynəlxalq əhəmiyyətli idman tədbirlərində fəaliyyət göstəriblər. “BİR” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox üzvə malikdir. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Xəbər 871 dəfə oxundu.