Azərbaycanın xüsusi olimpiyaçıları Hollandiyada keçirilən beynəlxalq futbol turnirinin qalibi olublar
Azərbaycanın xüsusi olimpiyaçıları Hollandiyanın Tilburq şəhərində keçirilən qadınlar arasında beynəlxalq futbol turnirinin qalibi olublar.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən bildiriblər ki, yarışda ölkəmizi təmsil edən qızlardan ibarət futbol komandası uğurla çıxış edərək turnirin qızıl medalını qazanıblar. Turnirdə Fransa yığmasını 5:1, Polşa idmançılarını 8:0, Hollandiya və Litva millilərini 3:1, Xorvatiya seçməsini isə 4:0 hesabı ilə məğlub edən komandamız yalnız Danimarkaya 0:1 hesabı ilə uduzub.

Finalda Danimarka seçməsi ilə yenidən qarşılaşan təmsilçilərimiz bu dəfə 3:0 hesabı ilə qalib gələrək turnirin kubokunu başları üzərinə qaldırıblar.

Xəbər 991 dəfə oxundu.