Azərbaycan velosipedçisi Ukraynada uğurlu çıxış edib
Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Sülh uğrunda Horizon Park” yarışı keçirilib.

Veloturda Azərbaycanın elit yığmasının üzvü – Ukraynanın “Lviv” kontinental klubunun velosipedçisi Elçin Əsədov da iştirak edib.

Veloturda 145 kilometr məsafəni 3 saat, 38 dəqiqəyə qət edən E.Əsədov finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün daha 5 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, E.Əsədov həm də şərəfini qoruduğu “Lviv” komandasının yarışda iştirak edən üzvləri arasında ən yüksək nəticə göstərib.

Xəbər 1355 dəfə oxundu.