Atletika hakimləri üçün növbəti seminara yekun vurulub
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq çərçivəsində Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin, “Bakı 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə atletika hakimləri üçün keçirilən ikinci seminara yekun vurulub.

Seminar iyulda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədi daşıyır. Sonda iyirimi səkkiz hakim imtahan verib və seminarı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Seminarın lektorları baş hakim Nemət Heydərov və Kənan Məhərrəmov olub.

AZƏRTAC

Xəbər 858 dəfə oxundu.