Bakı İdman Sarayında aşihara karate üzrə respublika çempionatı keçirilir
Mayın 25-də Bakı İdman Sarayında aşihara karate üzrə respublika çempionatı start götürüb.

Çempionat ümummilli lider Heydər Əliyevin xatirəsinə və 28 May – Respublika Gününə həsr olunub.

Turnirdə 20 şəhər və rayonu təmsil edən 500-dən çox idmançı müxtəlif yaş qrupları üzrə mübarizə aparır.

Xəbər 833 dəfə oxundu.