XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil Nazirliyinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən məktəblər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş “İdman – sağlamlıq, dostluq, birlik” mövzusunda rəsm müsabiqəsinə start verilib.

MOK-dan bildiriblər ki, müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən işlərin müəllifləri Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.

Müsabiqənin yekun sərgisi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, daha sonra isə Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində Atletlər Kəndində nümayiş etdiriləcək.

Xəbər 801 dəfə oxundu.