Gənclər arasında Avropa kuboku turnirində beş qadın cüdoçumuz mübarizə aparacaq
İyunun 1-2-də Avstriyada gənc cüdoçular arasında Avropa kuboku turniri keçiriləcək.

Qitə yarışında Azərbaycanı 5 qadın cüdoçu - Şəfəq Həmidova, Vüsalə Kərimova (48 kq), Elvira Əsgərova (52 kq), Ülviyyə Bayramova (57 kq), Südabə Ağayeva (63 kq) təmsil edəcəklər.

İndiyədək 28 ölkədən 500-dən çox idmançı turnirdə iştirakını təsdiqləyib.

Xəbər 845 dəfə oxundu.