Çexiyada boks üzrə Qran-Pridə dörd boksçumuz mübarizə aparır
Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem Qran-Prisi start götürüb.

Dörd gün davam edəcək beynəlxalq turnirdə Azərbaycanın dörd boksçusu mübarizə aparır.

Komandamızın üzvləri Elvin Məmişzadə 52, Sərxan Əliyev 63, Lorenzo Sotomayor 69, Alfonso Dominqes 81 kiloqram çəki dərəcələrində medallar uğrunda yarışırlar.

Xəbər 882 dəfə oxundu.