Azərbaycan idmançıları “Ironman” turnirində çıxış ediblər
Azərbaycan idmançıları Barselonada keçirilən nüfuzlu “Ironman 70.3” turnirində çıxış ediblər.

Yarışlara “Baku Tri Club”ın təmsilçiləri – artıq “çətin məsafələrdə” çıxış təcrübəsinə malik Ülvi Aslanzadə, Aleksandr Parxomovski və Əli Bünyadov qatılıblar.

Mayın qızğın çağına baxmayaraq, atletlər Barselonada qeyri-adi hava şəraiti ilə qarşılaşıblar. Bunu demək kifayət edər ki, suyun temperaturu 15 dərəcə olduğu halda havanın temperaturu 12 dərəcəni keçmirdi.

Bununla belə, bizim triatlet-həvəskarlar 1,9 km üzgüçülük, 90 km velosiqment və 21,1 km qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçiblər. Ə.Bünyadov 5 saat 57 dəqiqə, A.Parxomovski 6 saat 11 dəqiqə, Ü.Aslanzadə isə 6 saat 21 dəqiqə nəticə göstəriblər.

Xəbər 793 dəfə oxundu.