Son olimpiya təsnifat turniri davam edir
Finlandiyanın Vantaa şəhərində güləş üzrə dünya olimpiya təsnifat turniri davam edir. İdman.com.az saytının məlumatına görə, bu gun mübarizəyə 66 kq çəkidə Vitali Rəhimov qoşulacaq. O 1/16 finalda Honduras idmançısı Jefrin Benito Mejia Sambula ilə görüşəcək.

Mayın 6-da, turnirin son günü isə yunan-Roma güləşində Məsud Həşimzadə (120 kq), qadınlar arasında Nadejda Sementsova (63 kq) və Dina İvanova (72 kq) döşək üzərinə çıxacaqlar. Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 idmançı – yəni finalçılar London Yay Olimpiya Oyunlarına lisenziya qazanırlar.

Xarırladaq ki, dünən sərbəst güləşçilərin rəqabətində
Mahmud Məhəmmədov (55 kq) uğursuz çıxış edib.



Xəbər 1091 dəfə oxundu.