Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib
Mayın 18-19-da idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib.

50-dən çox veteranın iştirak etdiyi turnirin əsas məqsədi idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsini yad etmək, veteranların sağlamlığının möhkəmləndirilməsi və onların fəal idman həyatına cəlb edilməsi olub.

Açılışda iştirak edən federasiyanın vitse-prezident Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan bəhs edib. Turnirdə həmçinin mərhumun ailə üzvləri də iştirak edib. Oğlu atasının xatirəsini yad etdikləri üçün hər kəsə təşəkkürünü bildirib.

İki gün davam edən turnirin qaliblərini təqdim edirik:
40-44 yaş qrupu üzrə qadınların oyununda Xəyalə Qiyasova, Könül Mikayılova, Şəfəq Nəcəfova müvafiq olaraq birinci, kinci, çüncü yerlərə sahib olublar. Bu yaş qrupu üzrə kişilərdə Vaqif Məmmədov birinci, Zaur Mikayılov ikinci, Yaşar Mövlanov üçüncü yerə layiq görülüblər.

50-59 yaş qrupunda kişilərdə Teymur Hüseynov, İlham Ağayev, Əsgərqulu Heydərli ilk üçlüyü qazanıblar. 60 yaş və yuxarı yaş qrupu üzrə Səxavət Heydərov hər kəsdən üstün olub. Qulu Quliyev ikinci, Valeh Musayev üçüncü yeri tutublar.

Qoşa yarışlarda Zaur Mikayılov – Tahir Hüseynov cütlüyü qalib olub. Əli Heydəri – Rəhim Hüseynov və Vaqif Məmmədov – Mehman Həsənov cütlükləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.



Xəbər 1157 dəfə oxundu.