“IMSA World Masters Championship 2019” şahmat yarışına yekun vurulub | |
Çində keçirilən “IMSA World Masters Championship 2019” dünya intellektual oyunlarına yekun vurulub. Qrossmeysterimiz Rauf Məmmədovun da qatıldığı blitz yarışları mayın 18-də başa çatıb. Turnirin sonuncu günündə R.Məmmədov rusiyalı Vladimir Fedoseyevə 2:0, hindistanlı Santoş Viditə 1,5:0,5 hesabı ilə qalib gəlib. Ukraynalı Ruslan Ponomoryov, çinli Yu Yanqi ilə heç-heçə edən şahmatçımız daha bir Ukrayna təmsilçisi Anton Korobova 0:2 hesabı ilə uduzub. Blitz turnirində ümumi hesabda 7 xal toplayan təmsilçimiz 16-cı yeri tutub. Yarışın qalibi 14,5 xalla çinli Bu Cyanci olub. Rauf Məmmədov rapid yarışlarında 14-cü yeri tutub. |
|
Xəbər 810 dəfə oxundu. |
|
|