Zaqataladan Sibirə
“Simurq”un rusiyalı sabiq baş məşqçisi Sergey Yuranın özünə yeni komanda tapıb. İdman.com.az saytının məlumatına görə, 43 yaşlı rusiyalı çalışdırıcı vətənində - “Sibir” klubunda işləyəcək. Rusiyanın I divizion təmsilçisinin baş məşqçisi postuna əsas namizədlərdən olan Yuran danışıqlar üçün Novosibirskə gəlib. Onunla müqavilə bağlanmağı haqda yaxın 2 gündə elan olunacaq. “Sibir”in sabiq çalışdırıcısı olan şotlandiyalı Aleks Millerlə müqavilə komandanın uğursuz çıxışına görə pozulmuşdu.

Məşqçilik karyerası əsasən vətəni, habelə ölkəmizlə yanaşı, Qazaxıstanda “Lokomotiv” olan Yuran hələ 5 il öncə də Rusiyanın I divizionunda çalışıb. Onda “Şinnik”in “sükanı arxası”na keçən çalışdırıcı oranın qalibi olaraq, Premyer Liqaya çıxıb.
Qeyd edək ki, Yuran Zaqatala təmsilçisində ötən ilin iyulundan bu ilin fevralına kimi rəhbərlik etdi və komanda “altılığ”a çıxara bilmədiyi üçün vəzifəsindən çıxarıldı.

Xəbər 970 dəfə oxundu.