Rəşad Sadiqovun hərəkəti “Qarabağ”ı qəzəbləndirib
“Qarabağ” bəyanat yayıb. İdman.com.az-ın məlumatına görə, klubun rəsmi saytı ilə yayılan rəsmi açıqlamada komandanın kapitanı Rəşad Sadiqovun “Neftçi”yə keçidinə münasibət bildirilib.

Unibank Premyer Liqasının “İnter”lə vacib oyunu ərəfəsində başqa klubla müqavilə bağladığını açıqlayan 29 yaşlı yarımmüdafiəçinin hərəkəti Ağdam təmsilçisi tərəfindən düzgün qiymətləndirilməyib.

Bu səbəbdən də komanda ilə birlikdə Quzanlıda olan futbolçu düşərgədən kənarlaşdırılaraq, Bakıya göndərilib.
Qeyd edək ki, Rəşad 3,5 il əvvəl “Qarabağ”a keçəndə də klubundan – o vaxt “Neftçi”dən qovulmuşdu.

Xəbər 911 dəfə oxundu.