Avropa çempionatında Azərbaycanı altı samboçu təmsil edəcək
Mayın 16-da İspaniyanın Xixon şəhərində kişilər və qadınlar arasında idman və sambo döyüşü üzrə Avropa çempionatı keçiriləcək.

Çempionatda Azərbaycanı altı idmançı təmsil edəcək. İdman sambosu üzrə Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fərid Mikayılov (68 kq), Samir Kərimov (74 kq), Çingiz Ramazanov (100 kq) mübarizə aparacaqlar. Bəxtiyar Abbasov (82 kq) isə döyüş sambosu yarışlarında qüvvəsini sınayacaq.

Qitə turniri mayın 20-dək davam edəcək.

Xəbər 1235 dəfə oxundu.