Ulu öndəri yad etdilər
2-4 mayda Atletika Olimpiya Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr atletika üzrə respublika yarışları keçirilib. İdman.com.az saytının məlumatına görə, yarışlar cari ilin sentyabr ayında Rusiya Federasiyasında keçiriləcək atletika üzrə Avropa turnirinə hazırlıq mərhələlərindən biridir.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə təşkil olunmuş yarışda aşağıda göstərilən komandalardan 60-dan çox idmançı iştirak edib:

- Bakı şəhəri Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları
məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəbi
- Bakı şəhəri Sabuncu rayonu 11 saylı yardımcı internat
- Bakı şəhəri Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi
- Bakı şəhəri Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi
- Bakı şəhəri Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi
- Bakı şəhəri Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları
məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat məktəbi
- Gəncə şəhər Regional Xüsusi Olimpiya Komitəsi
- Lənkəran şəhər Regional Xüsusi Olimpiya Komitəsi
- Göyçay rayon Regional Xüsusi Olimpiya Komitəsi
- Şəki şəhər Regional Xüsusi Olimpiya Komitəsi

Yarışlarda divizionlar üzrə nəticələr aşağıdakı kimi olmub:
Qızlar – III divizion – 50m qaçış

Məmmədova Gülər (Xəzər r. 12 saylı x.i.m.) - I yer
Mahmudova Şəhla (Nəsimi r. 11 saylı x.t.m.) - II yer
Zeynalova Samirə (Nəsimi r. 11 saylı x.t.m.) - III yer

I divizion – 100 m qaçış
Nuriyeva Vüsalə (Qaradağ r. 9 saylı x.i.m.) - I yer
Quliyeva Səbinə (Xəzər r. 6 saylı x.i.m.) - II yer
Əhmədova Turanə (Xəzər r. 6 saylı x.i.m.) - III yer

II divizion – 100 m qaçış
Kərimzadə Türkan (Lənkəran RP) - II yer
Abbaszadə Gülşən (Lənkəran RP) - III yer

Uz.tullanma – I divizion

Quliyeva Səbinə (Xəzər r. 6 saylı x.i.m.) - I yer
Əhmədova Turanə (Xəzər r. 6 saylı x.i.m.) - II yer
Abdullayeva Diana (Qaradağ r. 9 saylı x.i.m.) - III yer

Uz.tullanma – II divizion
Xanbekova Kamella (Sabunçu r. 11 s. y.i.m.) - I yer
Əhmədova Arzu (Lənkəran RP) - II yer
Yusifli Cəmilə (Şəki ş. RP) - III yer

Uz.tullanma – III divizion
Abdullayeva Aytən (Xəzər r. 12 saylı x.i.m.) - I yer
Pələngli Aydan (Xəzər r. 12 saylı x.i.m.) - II yer
Abdullayeva Elnarə - III yer

Oğlanlar – Uz.tullanma – I divizion
Əlizafə Bəhruz (Xəzər r. 6 saylı x.i.m.) - I yer
Mustafazadə Nicat (Göyçay ş. RP) - II yer
İmanov Sarvan (Göyçay ş. RP) - III yer

Uz.tullanma – II divizion
Ağayev Anar (Xəzər r. 4 saylı x.i.m.) - I yer
Ağabalayev Etibar (Nəsimi r. 11 saylı x.t.m.) - II yer
Quliyev Adil (Qaradağ r. 9 saylı x.i.m.) - III yer

Uz.tullanma – III divizion
Qəribli Kənan (Göyçay ş. RP) - I yer
Şahmuradov Rövşən (Xəzər r. 4 saylı x.i.m.) - II yer
Mehdiyev Ceyhun - III yer

Uz.tullanma – IV divizion
Süleymanov Nəsrulla (Sabunçu r. 11 s. y.i.m.) - I yer
Bereznyakov Kiril - II yer
Əliyev Emin (Nəsimi r. 11 saylı x.t.m.) - III yer

Uz.tullanma – V divizion
Babayev Qurban - I yer
Xançanov Aydın (Xəzər r. 12 saylı x.i.m.) - II yer
Muradov Kamran (Xəzər r. 12 saylı x.i.m.) - III yer

Yerindən uz.tullanma
Namazzadə Fərman - I yer
Qasımov İbrahim (Gəncə ş. RP) - II yer

V divizion – 50 m qaçış
Cavadov Fariz (Şəki ş. RP) - I yer
Əliyev Həsənağa (Xəzər r. 12 saylı x.i.m.) - II yer
Muradov Kamil (Xəzər r. 12 saylı x.i.m.) - III yer
Qasımov İbrahim (Gəncə ş. RP) - III yer

I divizion – 100 m qaçış
Mustafayev Nicat (Göyçay ş. RP) - I yer
Qarayev Elşən (Şəki ş. RP) - II yer
Əlizadə Bəhruz (Xəzər r. 6 saylı x.i.m.) - III yer

II divizion – 100 m qaçış
Səmədov Hüseyn (Göyçay ş. RP) - I yer
Şahmuradov Rövşən (Xəzər r. 4 saylı x.i.m.) - II yer
Ağabalayev Etibar (Nəsimi r. 11 saylı x.t.m.) - III yer

III divizion – 100 m qaçış
Novruzov Aydın (Qaradağ r. 9 s.x.i.m.) - İ yer
Gülşadov Süleyman (Şəki ş. RP) - II yer
Boçqaryov İlya (Sabunçu r. 11 s. y.i.m.) - III yer

IV divizion – 100 m qaçış
Cavadov Fariz (Şəki ş. RP) - I yer
Rüstəmli Vüqar (Gəncə ş. RP) - II yer
Əliyev Elvin (Lənkəran ş. RP) - III yer

I divizion – 200 m qaçış
Qarayev Elşən (Şəki ş. RP) - I yer

Əlizadə Bəhruz (Xəzər r. 6 saylı x.i.m.) - II yer
Mustafazadə Nicat (Göyçay ş. RP) - III yer

II divizion – 200 m qaçış
Şahmuradov Rövşən (Xəzər r. 4 saylı x.i.m.) - I yer
Yeznəyev Kəmaləddin (Şəki ş. RP) - II yer
Quliyev Adil (Qaradağ r. 9 s.x.i.m.) - III yer

III divizion – 200 m qaçış
Gülşənov Süleyman (Şəki ş. RP) - I yer
Boçkaryov İlya(Sabunçu r. 11 s. y.i.m.) - II yer
Abdulov Orxan (Qaradağ r. 9 s.x.i.m.) - III yer

IV divizion – 200 m qaçış
Cavadov Fariz (Şəki ş. RP) - I yer
Rüstəmli Vüqar (Gəncə ş. RP) - II yer
Məmmədov Şahin (Nəsimi r. 11 s.x.t.m.) - III yer

Ümumi komanda hesabinda nəticələr aşağıdakı kimidir:

Şəki Regional Proqramı - I yer
Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi - II yer
Göyçay Regional Proqramı - III yer

Cari ilin may ayı ərzində keçiriləcək növbəti Respublika seçmə yarışlarının qrafiki:

* 13-15 may 2012-ci il – Pauerliftinq (qızlar və oğlanlar) üzrə respublika seçmə yarışları. 13 may idmançıların gəlmə və qeydiyyat günüdür. Yarışlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müvafiq zalında keçiriləcəkdir.
* 17-21 may 2012-ci il - Avropa futbol həftəsi çərçivəsində mini-futbol (oğlanlar və qızlar) turniri 17 may idmançıların gəlmə və qeydiyyat günüdür. Turnir “Sərhədçi” İdman Olimpiya Mərkəzinin bazasında keçiriləcək.
* 20-22 may 2012-ci il - Badminton (qızlar və oğlanlar) üzrə respublika seçmə yarışları. 20 may idmançıların gəlmə və qeydiyyat günüdür. Yarışlar Xəzər rayonu 12 saylı xüsusi internat məktəbinin idman zalında keçiriləcək.
* 24-26 may 2012-ci il - Atletika (qızlar və oğlanlar) üzrə 28 may Respublika gününə həsr olunmuş Respublika yarışları. 24 may idmançıların gəlmə və qeydiyyat günüdür. Yarışlar Atletika Olimpiya Mərkəzində keçiriləcək.
* 29 may – 02 iyun 2012-ci il - 1 iyun Uşaqların Baynəlxalq Müdafiaəsi gününə həsr olunmuş mini-futbol (qızlar və oğlanlar) turniri. 29 may idmançıların gəlmə və qeydiyyat günüdür. Turnir “Qarabağ” Peşəkar Futbol Klubunun “Ruslan 93” bazasında keçiriləcək.

Xəbər 1376 dəfə oxundu.