Çexiyada kişilər arasında keçiriləcək XVI Softbol Dünya Çempionatına akkreditasiya davam edir
Çexiyada kişilər arasında keçiriləcək XVI Softbol Dünya Çempionatı yarışlarının media akkreditasiyası davam edir.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, akkreditasiyadan keçmək istəyən hər bir yerli və beynəlxalq media üzvləri my.wbsc.org saytı vasitəsilə may ayının 31-dək onlayn müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş jurnalistlər vəsiqələrini 13 iyun tarixindən etibarən Ball Park Svoboda Parkı (Praqa) və Hippos Arena Ball Parkından (Havlickuv Brod) əldə edəcəklər.

Qeyd edək ki, yarış iyunun 13-dən 23-dək Çexiyanın ən böyük şəhərləri olan Praqa və Brno şəhərlərində keçiriləcək.




Xəbər 724 dəfə oxundu.