Zərdabda futbol üzrə rayon çempionatı keçirilib
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə rayon çempionatı keçirilib.

Gərgin mübarizələr və maraqlı anlarla yadda qalan çempionatın final oyununda Məlikli və Gəndəbil kənd komandaları qarşılaşıb. Qarşılaşmada Məlikli komandası 2-0 hesabı ilə üstünlük əldə edərək çempionatın qalibi adını qazanıb. Üçüncü yerləri isə Gödəkqobu və Hüseynxanlı, Xanməmmədli komandaları layiq görülüblər.

Qeyd edək ki. Yarışın bağlanış mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini, Yeni Azərbaycan Partiyası Zərdab rayon Təşkilatının sədri Pərvin Mahmudova və Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.



Xəbər 751 dəfə oxundu.