“Arsenal” və “Çelsi” klublarının təmsilçiləri Bakıya səfər ediblər | |
Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı matçının iştirakçıları - “Arsenal” və “Çelsi” klublarının, eləcə də UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb. Mayın 15-dək davam edəcək səfər proqramında 20-yə yaxın nümayəndə Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların üzvlərinin məskunlaşacaqları otellərlə tanış olacaqlar. Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq. |
|
Xəbər 837 dəfə oxundu. |
|
|