Futbol üzrə Azərbaycan kubokunun final matçını hakim İnqilab Məmmədov idarə edəcək | |
Futbol üzrə Azərbaycan kubokunun final matçını idarə edəcək hakim müəyyənləşib. Mayın 19-da “Qəbələ” – “Sumqayıt” görüşünü İnqilab Məmmədov tərəfindən idarə olunacaq. Ona Rahil Ramazanov, Pərvin Talıbov və Səbuhi Bayramov kömək edəcəklər. Görüşün hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq. Turnirin həlledici qarşılaşması Naxçıvan Muxtar Respublikası Stadionunda oynanılacaq. |
|
Xəbər 746 dəfə oxundu. |
|
|