Xüsusi olimpiyaçılar xatirə turnirində

Mayın 2-4-də Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atletika üzrə respublika turniri keçirildi. Xüsusi olimpiyaçıların yarışlarında paytaxt idmançıları - Qaradağ rayonu 9 saylı, Sabunçu rayonu 11 saylı, Xəzər rayonu 4 saylı, Elman Mirzəyev adına 6 saylı xüsusi internat məktəbləri, Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi ilə yanaşı, Şəki, Gəncə, Göyçay, Lənkəran regionlarından da atletlər iştirak etdilər.
Əlillər arasında müxtəlif divizionlarda keçirilən yarışların yekun nəticələrinə görə, ümumi komanda hesabında Şəki şəhər regional proqramının komandası birinci yeri tutdu. Bakı şəhər 4 saylı xüsusi internat məktəbi və Göyçay şəhər regional proqramının idmançıları, müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görüldülər.
Qalib idmançılara hədiyyələr və diplomlar təqdim edildi.

Xəbər 1097 dəfə oxundu.