Hemilton İspaniya Qran-prisinin qalibi olub
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə İspaniya Qran-prisinin qalibi olub.

İkinci yeri Hemiltonun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yeri isə "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen tutublar.

Mövsümün ilk 5 yarışından sonra L.Hemilton 112 xalla turnir cədvəlinə liderlik edir. İkinci yerdə V.Bottas (105 xal), üçüncü yerdə isə M.Ferstappen (66 xal) qərarlaşıblar.

Formula 1 yarışlarının növbəti mərhələsi mayın 24-26-da Monakoda keçiriləcək.

Xəbər 757 dəfə oxundu.