Ağır atletika üzrə Azərbaycan birinciliyində Elşən Məmmədov qızıl medal qazanıb
Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında növbəti dəfə körpücük üzərinə çəkisi 61 kiloqrama qədər atletlər mübarizəyə qoşulublar.
Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Toplam 226 kiloqram (100+126) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşən Məmmədov qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 222 kiloqram (101+121) nəticə ilə Rusif Əhmədov, toplam 218 kiloqram (98+120) nəticə ilə Ömər Cavadov isə üçüncü yeri tutub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.


Xəbər 872 dəfə oxundu.