Çimərlik futbolu üzrə Azərbaycan millisi Norveç yığmasına qalib gəlib
İspaniyanın Salou şəhərində təşkil olunmuş “ANOC World Beach Soccer Games ” turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Norveç millisi ilə qarşılaşan futbolçularımız 3:2 hesabı ilə qələbə qazanıblar. Elçin Qasımovun dubl etdiyi oyunda Comərd Baxşəliyev 1 qol vurub.

Xəbər 745 dəfə oxundu.