Masallıda mini-futbol üzrə rayon birinciliyi başa çatıb
Aprelin 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində start götürən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş mini-futbol üzrə rayon birinciliyi başa çatıb.

12 komandanın mübarizə apardığı yarışın finalında “Ərkivan-Masallı” və “Binə Xocavar” komandaları qarşılaşıblar.

Final görüşündə “Ərkivan-Masallı” komandası rəqibinə 3:1 hesabı ilə qalib gələrək rayon birinciliyinin qalibi olub.

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Ərkivan qəsəbə ərazi üzrə nümayəndəsi İsrail Tağıyev, Masallı Rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, ağsaqqal Mehman Məmmədov və başqaları rayon birinciliyində uğur qazanmış idmançıları təbrik edərək, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Sonda qaliblərə kubok və diplomlar təqdim edilib.

Xəbər 906 dəfə oxundu.