Tokio Yay Olimpiya Oyunlarında keçiriləcək yarış və tədbirlərin təqvimi açıqlanıb
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yarış və tədbirlərin təqvimi açıqlanıb.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Oyunların proqramına 33 idman növü daxil edilib. “Tokio 2020”nin açılış mərasimi iyulun 24-də olacaq. Bundan iki gün öncə qadın futbolu və softbol üzrə yarışlara start veriləcək.

Olimpadada ilk dəfə olaraq beysbol/softbol, karate, sörfinq, qayayadırmama və skeytbordinq üzrə yarışlar olacaq.Ən çox final mərhələsi 1, 2 və 8 avqustda olacaq. Həmin günlərdə müvafiq olaraq 21, 26 və 30 dəst medal oynanılacaq. Hava şəraitinin isti keçəcəyi ilə əlaqədar əksər yarışlar səhər saatlarına təyin olunub.

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək.

Xəbər 1032 dəfə oxundu.