Nicat Şıxəlizadə “Böyük dəbilqə” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə növbəti qələbəsini qazanıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən N.Şıxəlizadə əvvəlcə türkmənistanlı Muhammed Kossekova, daha sonra isə Qvineya-Bissau təmsilçisi Dioqo Sezara qalib gəlib.

Cüdoçumuz növbəti görüşünü Rusiya təmsilçisi Yakub Şamilova qarşı keçirəcək.

Xəbər 859 dəfə oxundu.