Basketbol üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən açıq paytaxt birinciliyinə yekun vurulub.

Azsport.az BŞGİBİ-nin saytına istinadla xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan yarışda U-16 və U-14 yaş kateqoriyasında qızların mübarizəsində “Neftçi İK” və Təhsil RİOEUGİM komandaları qələbə qazanıblar. Oğlanlar arasında isə U-12 kateqoriyasında Təhsil RİOEUGİM-in yetirmələri birinci yeri tutublar.

İlk dəfə açıq birincilikdə iştirak edən Gəncənin 1 nömrəli UGİM məktəbinin komandası (U-14 qızlar) yarışın bürünc medallarını qazanıb.

Xəbər 1266 dəfə oxundu.