Qılıncoynadanlarımız Ukraynada təlim-məşq toplanışında iştirak ediblər
Mayın 2-dən Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət sablya üzrə yığma komandamız hazırlıqlarına yekun vurub.

Azsport.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, mayın 9-dək davam edən təlim-məşq toplanışı mayın 10-dan 12-dək Tunisdə keçiriləcək Dünya Kubokunun mərhələ yarışına hazırlıq xarakteri daşıyıb.

Xəbər 923 dəfə oxundu.