Futbolçunun qadına hücumu
«Stok Siti»nin yarımmüdafiəçisi Cermeyn Pennant bir qadına hücum edərək döydüyünə görə həbs edilib. İdman.com.az saytının məlumatına görə, hadisə bazar ertəsi gecə Mançesterin klublarından birində baş verib.

Qadını döydükdən sonra sərxoş futbolçu şəxsi avtomobilinə əyləşib və onunla qəzaya düşüb. Polis Pennantı bundan sonra yaxalayıb. Məlum olub ki, 29 yaşlı futbolçu, ümumiyyətlə, maşını sürücülük vəsiqəsi və sığortası olmadan sürürmüş. Beləcə, onun üzərinə yağan ittihamlar çoxalıb.

2000-ci illərin əvvəllərində Pennant ölkəsinin ən ümidverici oyunçularından sayılırdı və İngiltərə gənclər yığmasında da yerini möhkəmlətmişdi. Onun karyerası «Arsenal», «Lids», «Birmingem», «Liverpul», «Portsmut» və «Saraqosa» kimi komandalardan keçib.

Xəbər 849 dəfə oxundu.