Bu gün futzal üzrə Yüksək Liqada play-off mərhələsinə start verilir
Mayın 8-də futzal üzrə Yüksək Liqada play-off mərhələsinin ilk oyunları keçiriləcək.

Əvvəlcə meydana əsas mərhələni ikinci və üçüncü pillədə başa vurmuş “Neftçi” və “Xəzər Cənub” çıxacaqlar. Cəzalı olduğuna görə, “Neftçi”nin kapitanı Rüfət Balakişiyev komandasına kömək edə bilməyəcək. “Xəzər Cənub”da isə cəzalı futzalçı yoxdur.

Günün ikinci oyununda son çempion “Araz”la EKOL üz-üzə gələcək. Hər iki komanda meydana tam heyətlə çıxa bilməyəcək. “Araz”da Xətai Bağırov, EKOL-da isə Emin Kürdov cəzalı olduğuna görə qarşılaşmanı kənarda izləyəcək.

Qeyd edək ki, hər iki oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 768 dəfə oxundu.