Astarada kross üzrə rayon birinciliyi keçirilib
Mayın 7-də Astara Dənizkənarı Park Bulvar Kompleksində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş rayon birinciliyi keçirilib.

Tədbirin açılış mərasimində iştirak edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Rayon Təhsil Şöbəsinin metodistləri Nizaməddin Ələkbərov, Rasim Cəfərov, Astara şəhər 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi, kross üzrə Azərbaycan çempionatının dəfələrlə qalibi və mükafatçısı Rəşad Əliyev ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin irsi, gənclər və idman sahəsində göstərdiyi xidmətlər haqqında, eləcə də yarışların proqramı və qaydaları barədə danışıblar.

Daha sonra yarışa start verilib. Birincilikdə qızlar 1 km , oğlanlar 2 km, gənclər və böyüklər 3km məsafə üzrə güclərini sınayıblar.

Yekunda qızlar arasında Türkanə Caniyeva (Siyəku kənd tam orta məktəb) birinci, Nazpəri Cəlilova (Astara Pedoqoji Kolleci) ikinci, Gülazə Süleymanova (Səncərədi kənd tam orta məktəb) üçüncü yerə çıxıblar. Yeniyetmə oğlanlar arasında Dədəkişi Kazımov (Astara şəhər 1 saylı tam orta məktəb), Əli Cəfərov ( Astara şəhər 3 saylı tam orta məktəb), Ramazan Əlizadə (Astara şəhər 3 saylı tam orta məktəb) müvafiq olaraq birinci,ikinci,üçüncü yerlərə layiq görülüblər.

Gənclər və böyüklərin yarışında Vasif Qurbanəliyev (Siyəku kənd tam orta məktəb) birinci yerə sahib olublar. Elmir Məmmədli (Astara şəhər 3 saylı tam orta məktəb) ikinci, Hikmət Yaqubov (Astara şəhər 4 saylı tam orta məktəb) üçüncü yerlə kifayətlənməli olublar.

Qeyd edək ki, qaliblər diplomlarla mükafatlandırılıblar.

Xəbər 739 dəfə oxundu.