Səkkiz komandanın iştirakı ilə xatirə turniri keçirilir
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ Əməkdar idman ustası, SSRİ-nin Əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi mərhum Ələkbər Məmmədovun anadan olmasının 89-cu ildönümü ilə əlaqədar AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə turniri keçirilir.

Turnirdə “Təhsil”, “Sabah”, “Neftçi”, “Səbail”, “ROFM Xəzər”, “Zirə”, “Keşlə” və “Xətai” komandaları birincilik uğrunda mübarizə aparırlar.

Turnirə mayın 9-da yekun vurulacaq.

Xəbər 770 dəfə oxundu.