Azərbaycan badmintonçusu 34-cü “Brazil International Challenge” turnirində çıxış edib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Braziliyanın Kampinas şəhərində keçirilən 34-cü “Brazil International Challenge” turnirində çıxış edib.

Azsport.az Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz onaltıdabir finalda Kanada badmintonçusu Senkirslə qarşılaşıb. Görüş kanadalı badmintonçunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turnirin qalibi israilli badmintonçu Mişa Zilberman olub.

Xəbər 849 dəfə oxundu.