Avstriyada yaşayan həmyerlimiz beynəlxalq turnirdə qızıl və bürünc medallar qazanıb
Avstriyada yaşayan həmyerlimiz Fərid Əzizov mayın 2-dən 6-dək Ukraynanın Xarkov şəhərində keçirilmiş kempo-karate və kabudo növləri üzrə kişilər arasında açıq dünya çempionatında iştirak edib.

32 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında idmançımız 3 növ üzrə tatamiyə çıxıb. Kişilər arasında kempo-karate növü üzrə 80+ çəki dərəcəsində döyüşən F. Əzizov Ukrayna, Konqo, Macarıstan və Kanadanı təmsil edən rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, bu növ üzrə dünya kuboku və dünya kəmərinin sahibi olub.

F.Əzizov, həmçinin kabudo növləri üzrə 18+ yaş dərəcəsində özünümüdafiə və tərk-silahdan 1-ci yerin sahibi olub.

Kempo-karate növlərinin kata mərhələsində 18+ yaş kateqoriyasında öz gücünü sınayan idmançımız 3-cü yerdə qərarlaşıb.

Beləliklə, idmançımız beynəlxalq turnirdə aktivinə iki qızıl və bir bürünc medal daxil edib.


Xəbər 885 dəfə oxundu.