Naxçıvan Şahmat Mərkəzində keçirilən blits-turnirin qalibi müəyyənləşib
Naxçıvan Şahmat Mərkəzində davam edən Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında keçirilən blits-turnirin qalibi müəyyənləşib.

Turnirdə 74 şahmatçı birincilik uğrunda mübarizə aparıb. Ümumi mükafat fondu iki min ABŞ dolları olan yarışın qalibi azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) olub. O keçirdiyi 9 görüşdən 7,5 xal toplayıb. Azərbaycanlı qrossmeyster Qədir Hüseynov, Vüqar Rəsulov və iranlı qrossmeyster Purramezanali Əmirreza 7 xal toplayıblar.

5-10-cu yerlərdə isə Nail Bəşirli, Kənan Qarayev, Tornike Sanikidze (Gürcüstan), Vladislav Kovalyev (Belarus), Misrətdin İsgəndərov və Timur Qarayev (ABŞ) qərarlaşıblar.

Qeyd edək ki, blits-turniri ilk on pillədə başa vuran şahmatçılara pul mükafatı təqdim olunub.

Xəbər 726 dəfə oxundu.