Naxçıvanda futzal birinciliyi təşkil olunub
Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində futzal birinciliyi təşkil olunub.

Birincilikdə “Hakimlər”, “Əcnəbilər”, “Naxçıvan şahmatçıları” və “Naxçıvan” komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə keçirilən birinciliyin final qarşılaşmasında qonaqlardan ibarət komanda ilə “Naxçıvan” komandası üz-üzə gəlib. Görüş əcnəbilərin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yer uğrunda görüşdə isə ədalət təmsilçiləri naxçıvanlı zəka sahiblərinə məğlub olublar – 1:4.

Sonda qalib komanda plaket və kubokla, digər qaliblər isə plaketlə təltif olunublar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim edib.

Xəbər 563 dəfə oxundu.