Tayboks üzrə Azərbaycan çempionatına yekun vurulub | |
Qəbələ Olimpiya İdman Kompleksində keçirilən tayboks üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının və Azərbaycan Muay-tay Federasiyasının (AMF) birgə təşəbbüsü ilə keçirilən çempionatda paytaxtın 20, regionlarda fəaliyyət göstərən 25 klubu təmsil edən 200-dək idmançı mübarizə aparıb. Çempionatda “İnam Muay-tay” klubu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerdə “Bozqurd” idman klubu qərarlaşıb. İlk üçlüyü “Samux” idman klubu tamamlayıb. Çempionatın qalibi olan idmançılar dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıblar. |
|
Xəbər 615 dəfə oxundu. |
|
|