Daşkəsəndə mini futbol üzrə rayon birinciliyi keçirilib
Mayın 2-4-də Daşkəsən Filiz Saflaşdırma ASC-nin mini futbol meydançasında Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

Birinciliyin məqsədi Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev irsinin təbliği, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsidir. Yarışda 9 komanda olmaqla 76 nəfər iştirak edib. Gərgin keçən mübarizədən sonra Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbin komandası birinci, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin komandası ikinci, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər. Qalib komandalar Daşkəsən rayon Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomla təltif olunublar.

Xəbər 1021 dəfə oxundu.